Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçısı Elşən Yusifov evində ziyarət olunub

07 sentyabr 2022 | 18:32

Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı Yusifov Elşən Ələddin oğlu xəstəxanda  müalicəsi bitdikdən sonra evə buraxılıb.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları  Elşən Yusifovu evində ziyarət ediblər.

Müharibə veteranını ziyarət edən RİH başçısı aparatının əməkdaşları onun ümumi sağlamlıq vəziyyəti və ailə-məişət qayğıları ilə maraqlanmış, Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə təşəkkürlərini bildirmişlər.

Elşən Yusifov müharibə iştirakçılarına və şəhid ailələrinin üzvlərinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Elşən Ələddin oğlu Yusifov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi zamanı Laçın rayonu  uğrunda gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Keçidlər