Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun Vahidli kəndində icra başçısının səyyar qəbul-görüşü baş tutub

01 iyun 2022 | 11:40

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbulu rayonun Vahidli kəndində keçirilib.

A. Sadıqov adına Vahidli kənd tam orta məktəbinin binasında baş tutan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Kənd sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov ölkə rəhbərliyi tərəfindən vətəndaş müraciətləri və onları maraqlandıran məsələlərə həssaslıqla yanaşıldığını bildirmiş, qeyd etmişdir ki, ölkə  Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yerlərdə də səyyar qəbul görüşlər həyata keçirilir, sakinləri narahat edən məsələlər yerində araşdırılır. İcra başçısı ölkədə son dövrdə həyata keçirilən layihələrin əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət etdiyini vurğulamış, rayonda həyata keçirilən abadlıq və quruculuq işlərini və infrastruktur layihələrini vətəndaşların nəzərinə çatdırmışdır.

Vahidli kənd sakinləri kəndin ümumi problemlərini, həmçinin şəxsi məsələləri ilə bağlı müraciətlərini bildiriblər. Edilən müraciətlərdən yerində həll oluna biləcəklər ilə bağlı göstərişlər verilmiş, digər məsələlərin həlli üçün müvafiq təşkilatlara tapşırıqlar verilmişdir.

Ölkə rəhbərliyi tərəfindən əhalini narahat edən bütün sahələrə göstərilən diqqət-qayğıdan razılıqlarını ifadə edən Vahidli kənd sakinləri, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər