Tovuzun Qəribli kəndində səyyar qəbul keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə Qəribli kəndində səyyar qəbul-görüş keçirilib. Səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Qəribli kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan müxtəlif kəndlərdən qəbula gələn sakinlər qarşısında çıxış edən Məmməd Məmmədov möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində, o cümlədən Tovuz rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr və tədbirlər barədə ətraflı məlumat vermişdir.
Sonra səyyar qəbula gələn sakinləri narahat edən məsələlər dinlənilib. Səsləndirilən bir sıra müraciətlərin yerinə yetirilməsi ilə bağlı göstəriş verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.