Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Zəfər Günü” münasibətilə bilik yarışı keçirilib

07 noyabr 2023 | 12:42

Araz Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində “Zəfər Günü”nə həsr olunmuş intellektual yarışma keçirilmişdir.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğurunda canını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Bilik yarışmasında  İsakənd, Əhmədabad, Əhmədli, Məşədilər və Araz Hüseynov adına Yanıqlı kənd tam orta məktəbdən şagirdlər  iştirak etmişlər.

Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Araz Hüseynov adına Yanıqlı kənd tam orta məktəbin “Zəfər” adını daşıyan komandası I yerə layiq görülmüşdür.

 

Keçidlər