Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Zəfər Günü” ilə əlaqədar məktəblərdə silsilə tədbirlər həyata keçirilib

08 noyabr 2023 | 19:22

Tovuz rayonunda “8 noyabr- Zəfər Günü” ilə əlaqədar rayon ərazisində yerləşən təhsil müəssisələrində  silsilə tədbirlər həyata keçirilib.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.

Məktəblərdə Zəfər günü ilə əlaqədar inşa, rəsm, şeir müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Məktəb kollektivləri tərəfindən şəhid ailə üzvləri ziyarət olunub, şəhid ailələrinin və qazilərin iştirakı ilə silsilə görüşlər keçirilib, şagirdlər tərəfindən hazırlanan kompozisiyalar dinlənilib və Zəfər Günü haqqında geniş məlumat verilib.

 

Keçidlər