Tovuzda “Zəfər günü” ərəfəsində voleybol idman növü üzrə rayon turniri keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksində "8 noyabr – Zəfər günü"nə həsr olunmuş "Zəfər Kuboku" uğrunda voleybol idman növü üzrə rayon turniri keçirilmişdir.
Turnirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov və Tovuz Təhsil sektorunun müdiri Elmira Mürşüdlü “Zəfər günü”nün tarixi əhəmiyyəti barədə iştirakçılara məlumat vermiş, bu ərəfədə təşkil olunan idman və digər növ yarışların vacibliyini qeyd etmişlər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə S.Kazımov adına Qovlar şəhər tam orta məktəbin, ll yerə F.Hüseynov adına Qaraxanlı kənd tam orta mətəbin, lll yerə isə E.Məmmədov adına Tovuz şəhər tam orta məktəbin komandası layiq görülmüşdür. Qalib komandalar kubok və diplomlarla təltif olunmuşlar.