Tovuzda “Zəfər günü” ərəfəsində A.Qasımov adına tam orta məktəbdə görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin birgə təşkilatçılığı ilə Tovuz şəhər A.Qasımov adına tam orta məktəbdə tədbir təşkil olunub.
Tədbirdə Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, SHXÇDX-nin Tovuz rayon şöbəsinin müdiri Xalid Abasov, şəhid ailələri, müharibə əlilləri, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini yad etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra açıq elan olunmuşdur.
Çıxış edənlər - SHXÇDX-nin Tovuz rayon şöbəsinin Çağırış bölməsinin rəisi Mustafa Mustafayev, YAP Tovuz rayon Təşkilatının sədr müavini İlqar Kərimov, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Şəhid Elmar Cəbrayılovun anası Amana Nəsirova, Şəhid Ceyhun İsmayılovun anası Aytəkin İsmayılova, şəhid Əfşan Hüseynovun atası Əbülfəz Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Əli Əliyev öz çıxışlarında Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən, qələbəyə gedən yolda Azərbaycan Ordusunun, o cümlədən tovuzlu gənclərin göstərdiyi şücaətdən, Müzəffər Ali Baş Komandanımızın müharibə və post-müharibə dövründəki qətiyyətindən söz açmış, Böyüz Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunmasının və ərazi bütövlüyümüzün təmin edilməsinin əhəmiyyətini vurğulamışlar.
Sonda məktəb şagirdləri Vətənə və Zəfərə həsr olunmuş şeirlər səsləndirmişlər.