Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "YÜKSƏLİŞ" müsabiqəsi ilə əlaqədar görüş keçirilib

14 mart 2023 | 18:30

Tovuz rayon Nizami adına mədəniyyət evində "YÜKSƏLİŞ" müsabiqəsində iştirak etmək istəyən namizədlər üçün maarifləndirici görüş keçirilmişdir.

Görüşdə  “YÜKSƏLİŞ" müsabiqəsinin nümayəndəsi Hüseyn Babayev, Ağstafa Regional Mədəniyyət idarəsinin rəisi Nürəddin Mehdiyev və rayonda fəaliyyət göstərən müxtəlif idarə və müəssisələrin əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçılarına müsabiqə ilə bağlı ətraflı məlumat verilmiş və bildirilmişdir ki,  “YÜKSƏLİŞ” idarəçiliklə məşğul olan 21 yaşdan 51 yaşınadək Azərbaycan vətəndaşları arasında keçirilən müsabiqədir. Müsabiqənin əsas məqsədi yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan şəxsləri müəyyən etmək, onları inkişaf etdirmək və dəstəkləməkdir.

Keçidlər