Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda yerləşən “N” saylı hərbi hissədə 8 noyabr – Zəfər Günü qeyd olunub

08 noyabr 2022 | 20:20

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hərbi hissənin komandiri və şəxsi heyəti iştirak etmişdir.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunmuşdur.

Tədbirdə çıxış edən RİH başçısı Məmməd Məmmədov hərbi hissənin şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edərək qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində düşmən üzərində əzəmətli qələbə çalındı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi daxil oldu.

Hərbi hissənin komandiri polkovnik İlqar Xasməmmədov  çıxış edərək, şəxsi heyətə öz təbriklərini çatdırmış, şərəfli və çətin peşələrində uğurlar və nəaliyyətlər arzulamışdır.

Çıxışlardan sonra hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi olub və xidmətdə fərqlənən bir qrup hərbçiyə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Daha sonra hərbçilərimiz xüsusi döyüş və döyüş hazırlıq nümunələri nümayiş etdirmişlər.

Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin konsert proqramı ilə davam etmişdir.

Keçidlər