Tovuzda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib
Xalqımızın Ümumilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmişdir. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümumilli liderimizin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun, rayonun idarə və müəssisə rəhbərlərinin və partiya fəallarının iştirakı ilə ağacəkmə kampaniyası keçirilmişdir.
Kampaniya çərçivəsində 100-ə dək həmişəyaşıl ağaclar əkilərək suvarılmışdır.