Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş mini futbol turniri start götürüb  

15 oktyabr 2022 | 13:07

Tovuz Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr edilmiş mini futbol üzrə Respublika turnirinin zona mərhələsinə start verilib.

Turnirinin açılış günündə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP-ın region təşkilatlarının rəsmiləri, rayon ictimaiyyəti və futbol həvəskarları iştirak ediblər.

Əvvəlcə RİH başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və digər rəsmilər Ulu Öndər Heydər Əliyevin Tovuz rayon mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuş və Ümummilli Liderimizi ehtiramla yad etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, ümummili lider və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunmuşdur.

 Məmməd Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma və inkişaf tarixindən bəhs etmiş, Ulu Öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətləri dövrlərində ölkəmizin bütün sahələrdə, o cümlədən idman sahəsində böyük uğurlar əldə etdiyini qeyd etmişdir. RİH başçısı ölkənin hər yerində və xüsusilə Qərb bölgəsində futbola xüsusi diqqət və qayğı göstərildiyini vurğulamış və turnirdə iştirak edən bütün komandalara uğurlar arzulamışdır.

Qeyd edək ki, turnirin zona mərhələsi iki turdan ibarətdir və YAP Tovuz rayon təşkilatının komandası ilk turda Şəmkir komandasına qalib gələrək ikinci tura çıxmışdır.

Keçidlər