Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar "Yalnız bir DÜNYA” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

05 aprel 2024 | 09:42

Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələrinin təşəbbüsü, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbinin həyətində ağacəkmə aksiyası keçirilib.

"Yalnız bir DÜNYA” layihəsi çərçivəsində keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələri və onlara dəstək üçün seçilən 20 fəal məktəbli iştirak edib.

Uşaq Səfirlər Məclisinin region nümayəndələri və fəal uşaqlar "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tip aksiyaların cari il ərzində davam etdiriləcəyini bildiriblər.

Keçidlər