Tovuzda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
18 aprel 2024 | 17:28
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Tovuz rayonunda növbəti dəfə ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiyada rayonun Aşağı Mülkülü kəndi ərazisində ümumilikdə 150 ədəd şam və sərv ağacları əkilib.