Tovuzda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində iməclik keçirilib
08 iyul 2024 | 11:52
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq rayon ərazisində təmizlik aksiyası keçirilib.
Tədbirdə rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyada mövcud və yeni əkilmiş ağacların ətrafı müxtəlif növ alaq otlarından təmizlənmiş, ərazidən məişət tullantıları toplanaraq poliqonlara daşınmışdır.