Tovuzda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
11 mart 2024 | 14:59
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Tovuz rayonunda ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Tovuz RİH başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon ərazisində fəaliyyət göstərən İdarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiyada Tovuz şəhər ərazisində torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 300 ədəd ağac əkilib.