Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda yaş baramanın qəbulu prosesi uğurla davam etdirilir  

12 iyun 2023 | 11:35

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı Tovuz rayonunda müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə 2023-cü il ərzində Tovuz rayonunda baramaçılıq ilə məşğul olan 55 kümçüyə ümumilikdə 170 qutu tut ipəkqurdu paylanılıb və ümumilikdə 6800 kq yaş baramanın tədarük olunması planlaşdırılıb.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yaş baramanın təhvil verilməsi prosesində iştirak edib. RİH başçısına məlumat verilib ki, kümçülərdən indiyə kimi ümumilikdə 4718.5 kiloqram yüksək keyfiyyətli yaş barama təhvil götürüblər.Rayon İcra Hakimiyyətinin başçısı rayonumuzda baramaçılığın inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti və yaradılan şəraitlə bağlı fikirlərini bölüşərək, qeyri-neft sektorunun inkişafında bu sahənin də xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Kümçülər həm ipəkqurdunun paylanılması, həm də istehsal və təhvil proseslərində yaradılan şəraitdən razılıq edib, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib və nəzərdə tutulan məhsulun tam olaraq tadarük olunacağından əmin olduqlarını vurğulayıblar.

 

Keçidlər