Tovuzda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 fevral 2023 | 11:41
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən idarə müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri 26 fevral Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Əvvəlcə şəhidlərimizin ruhuna dualar oxunub, daha sonra xiyabanda Vətən uğrunda şəhid olanların xatirəsinə inşa olunmuş abidə kompleksi önünə gül dəstələri qoyularaq Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edilib.