Tovuzda Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların orden və medalları ailə üzvlərinə təqdim olunub
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “3-cü dərəcəli rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Əhmədov Firuz Məzahir oğlunun, “3-cü dərəcəli rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Nəsibov Kənan Cəbrayıl oğlunun, “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Hüseynov Səddam Rafiq oğlunun, “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş Mahmudzadə Ülvü Məzahir oğlunun, “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni təltif olunmuş Məcidov Aqil Aydın oğlunun, Ələsgərov Sənan Əkram oğlunun, Hüseynov Emin Fərmayıl oğlunun, Quluyev Hüseyn Həbib oğlunun, Qurbanov Vahid Elşad oğlunun, Salmanov Sahil Vüqar oğlunun orden və medalları ailələrinə təhvil verilib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Azərbaycan Respublikası Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz Rayon Şöbəsinin rəisi Xalid Abasov, RİH başçısı aparatının məsul işçiləri şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalları şəhid ailələrinə təqdim ediblər.
Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı RİH başçısı Məmməd Məmmədov bildirmişdir ki, təqdim olunan təltiflər Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ərazi bütövlüyümüz və Vətənimizin müdafiəsi uğrunda şəhid olan şəxslərə göstərilən yüksək dəyəri nümayiş etdirir.
Şəhidlərin ailə üzvləri ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlıq bildiriblər.