Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi şəhidlərinin ordenləri ailələrinə təqdim olunub

16 avqust 2022 | 10:46

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 iyun 2022-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif olunmuş tovuzlu Vətən müharibəsi şəhidləri – əsgər Mirzəyev Eltac Fizuli oğlu və əsgər Poladov Elçin Adil oğlunun  ordenləri şəhidlərin ailə üzvlərinə təqdim olunub.

Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov,  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz  Rayon Şöbəsinin rəisi Xalid Abasov, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, ordenləri şəhid ailələrinə təqdim ediblər.

R.Zeynalov şəhid ailələri ilə söhbət zamanı qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun böyük qəhrəmanlıq göstərərək qazandığı 44 günlük Vətən müharibəsi tarixi əhəmiyyətə malikdir və bu Zəfər xalq-ordu birliyi sayəsində, əsgərlərimizin qanı-canı hesabına əldə edilib, nəticədə ölkəmizin ərazi bütövlüyü təmin olunub.  

Şəhidlərin ailə üzvləri ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlıq bildiriblər.

Keçidlər