Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi iştirakçısı vəfat edib

22 oktyabr 2025 | 16:12

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, birinci qrup əlili, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev uzunsürən xəstəlikdən sonra vəfat edib.

V.Tağıyev Aşağı Öysüzlü kənd qəbirstanlığında dəfn edildi. Dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

44 günlük Vətən Müharibəsi iştirakçısı Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Ailəli idi, 2 övladı var.

Allah rəhmət etsin.

 

Keçidlər