Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi iştirakçılarının məktəblilərlə növbəti görüşləri keçirilib  

05 noyabr 2022 | 15:36

Vətən müharibəsində qazanılan şanlı Zəfərimizin ərəfəsində Tovuzun təhsil müəssisələrində məktəblilərin Vətən Müharibəsi iştirakçıları və qaziləri ilə görüşləri davam edir.

Növbəti görüşlər Tovuz şəhər N.Tusi adına məktəb-lisey və Vətən müharibəsi Qəhrəmanı Orxan Cabbarovun adını daşıyan Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli gimnaziyasında baş tutub.

 Məktəbin şagirdləri ilə görüşdə Vətən Müharibəsi iştirakçıları, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fərmanzadə Azər Aydın oğlu və Əsgərov Ramil Kamran oğlu, qazılər Həsənov Pərvin İkram oğlu, Nağıyev İsmət Talıb oğlu və Musayev Nemət İlqar oğlu iştirak etmişlər.

 Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Görüş zamanı  məktəb direktorları Valeh Məmmədov və Eldar Hümbətov çıxış edərək Vətən Müharibəsi iştirakçılarını məktəblilərə təqdim etmiş, böyük Qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının və ərazi bütövlüyümüzün təmin olunmasının əhəmiyyətini vurğulamışlar. Onlar qeyd etmişlər ki, qazanılan böyük Qələbə Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Şanlı Ordumuzun şücaəti hesabına əldə olunub və biz hər birimiz bu böyük Zəfərə görə, şəhid və qazilərimizə borcluyuq.

Sonra qazilərimiz məktəbliləri və müəllimləri maraqlandıran sualları cavablandırmış, keçdikləri çətin və şərəfli döyüş yolu ilə bağlı söhbət aparmışlar.

 

Keçidlər