Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi iştirakçıları ilə  məktəblilərin görüşləri keçirilib  

04 noyabr 2023 | 14:50

Vətən müharibəsində qazanılan şanlı Zəfərimizin ərəfəsində Tovuzun təhsil müəssisələrində məktəblilərin Vətən Müharibəsi iştirakçıları və qazilərlə görüşləri keçirilir.

Görüş rayonun Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində baş tutub. Məktəbin şagirdləri ilə görüşdə Tovuzlu Vətən Müharibəsi iştirakçısı, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fərmanzadə Azər Aydın oğlu, Qurbanov Amin Rövşən oğlu , qazi Bayramov Anar Elmar oğlu iştirak etmişlər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra görüş açıq elan olunmuşdur.

Vətən müharibəsi iştirakçıları məktəblilərə özlərini təqdim etmiş və İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun mənfur düşmən üzərində əldə etdiyi Böyük Qələbədən söz açmışdır.

Sonra qazilərimiz çıxış edərək keçdikləri çətin və şərəfli döyüş yolu ilə bağlı məktəblilərə məlumat vermiş, şagirdlərin suallarına cavab vermişlər. Onlar eyni zamanda Qalib Azərbaycan Ordusunun igidliyindən və qəhrəmanlığından danışmış, müharibə bitdikdən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

Keçidlər