Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Valideyn - məktəb münasibətlərinin tədrisin keyfiyyətinə təsiri" mövzusunda panel - müzakirə təşkil edilmişdir.

05 mart 2026 | 14:09

Tədbirdə Tovuz rayonu üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tovuz Rayon İcra Hakimiyyətinin ictimai - siyasi və humanitar məsələlər sektorunun müdiri Tofiq Əliyev, Tovuz RPŞ-nin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru İlham Məmmədov, Tovuz şəhər Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Bahar Babayeva, Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Günay Məmmədova və ümumtəhsil məktəblərinin IV, VI və IX siniflərində təhsil alan şagirdlərin valideynləri iştirak etmişdir.

Panel-müzakirə çərçivəsində valideynlərin aktiv iştirakı ilə aşağıdakı mövzular ətrafında müzakirə təşkil edilmişdir..

-Tədris motivasiyası və öyrənməyə marağın artırılması

-Təhsil müəssisələrində zorakılığın qarşısının alınması

-Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması

-Sağlam həyat tərzi və düzgün qidalanma

-Uşağın psixoloji və emosional inkişafı

Eyni zamanda imtahanlar öncəsi şagirdlərin psixoloji sabitliyinin qorunması və motivasiyasının artırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.

Keçidlər