Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Uşaqların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyəsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

17 may 2023 | 14:08

Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyəsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir  keçirilib.

Tədbirdə Tovuz RİH-in əməkdaşı Akif Ələkbərov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, müəllimlər və gənclər iştirak ediblər.

Tədbirdə mövzu ətrafında çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda gənclərin və uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində addımlar atılır, müvafiq sənədlər, dövlət proqramları qəbul edilir. Milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğu və bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini vurğulanıb.

Tədbirin sonunda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər