Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib

10 fevral 2023 | 14:54

Tovuz şəhər Adil Qasımov adına tam orta məktəbdə Tovuz rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin və Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz təhsil sektorunun birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Akif Ələkbərov, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev ümumtəhsil məktəblərində “Həyat bilgisi” və “Tarix” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları, həmçinin yuxarı sinif şagirdləri iştirak ediblər.

“Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusu ətrafında çıxış edənlər qeyd ediblər ki, vətənpərvərlik təkcə vətəni sevmək demək deyil, həm də vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinmək, yeri gələndə canından keçməkdir. Bunun üçün də gənclərimizin tərbiyəsində milli-mənəvi dəyərlərimizə söykənməyin vacibliyi vurğulanıb.

 

Keçidlər