Tovuzda “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirilib
Tovuz rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Tovuz RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Akif Ələkbərov, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov, RİH başçısı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi Komissiyasının üzvləri iştirak ediblər.
Dəyirmi masada uşaqların baxımsızlığına şərait yaradan hallar, onların aradan qaldırılması, insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, uşaq problemlərinin həlli dövlətin əsas prioritetlərindən biridir və bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir.