Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

18 noyabr 2022 | 16:08

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Tovuz şəhər A.Qasımov adına tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil idarəsinin Tovuz Təhsil sektorunun müdiri Elmira Mürşüdlü, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Təranə Bayramova bildirib ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən mühüm beynəlxalq hüquqi sənəddir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 30-cu ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Ölkədə uşaq hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

A.Qasımov adına tam orta məktəbin psixoloqu Gülnarə Abbasova və Uşaq birliyi təşkilatı rəhbəri Elnarə Xudiyeva çıxış edərək qeyd ediblər ki, aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması və uşaq hüquqlarının səmərəli müdafiəsidir.

Sonda Uşaq hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər