Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda  ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman birinciliyi keçirilmişdir

13 aprel 2023 | 11:29

Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə Tovuz rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz Rayon Təhsil Sektorunun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin birgə təşkil etdikləri “ŞAHİN” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.

 Yarışlar ilk öncə 6 rayon daxili zonalarda keçirilmiş, həmin zonalarda birinci və ikinci yerləri tutmuş komandalar rayon mərhələsinə dəvət olunmuşlar.

 Ümummilli Liderimiz Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan respublikasının Dövlət himni səsləndirildikdən sonra yarışa start verildi.

 Yarışda Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Nazim İsmayılov,  rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, N saylı hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat bölməsinin rəisi mayor Elsevər Hüseynov, Təhsil sektorunun metodisti, istefada olan mayor, l Qarabağ müharibəsi veteranı Səmədulla Tağıyev çıxış edərək bildirdilər ki, “Şahin” hərbi idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarına hazırlanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.

Gərgin mübarizə şəraitində keçən yarışlarda I yeri S.Kazımov adına Qovlar şəhər tam orta məktəbi, II yeri M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbi, III yeri E.Orucov adına Bayramlı kənd tam orta məktəbinin komandaları tutmuşlar.

Qalib komandalar Fəxri fərman və kuboklarla təltif olunmuşdur.

Keçidlər