Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda  Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

22 noyabr 2023 | 16:54

Tovuz Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tovuz şəhəri Şəhriyar küçəsində keçirilən aksiyada Tovuz Rayon İcra Hakimiyyətinin başçısı  Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, partiya fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov  və YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov  müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini bildirib.

Qeyd edək ki, aksiya çərçivəsində 100-dən çox şam ağacı əkilib, suvarılması təmin edilib. Eyni zamanda, ağacların əkildiyi ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

 

Keçidlər