Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində "Azərbaycanın özü qədər əbədi" mövzusunda tədbir keçirilib

09 dekabr 2022 | 17:47

Bu gün Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycanın özü qədər əbədi" mövzusunda tədbir təşkil edilib.

İlk öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Güldərən İbrahimova Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Azərbaycan dövlət müstəqilliyinin, suverenliyinin qorunub saxlanılmasından, respublikamızda bütün sahələrin inkişaf etdirilməsində misilsiz fəaliyyətindən bəhs edib.

Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Nərgiz Sabirli Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Şəxsiyyət” filminə tamaşa edib və Mərkəzin foyesində Tovuz rayon MKS-nin təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kitab sərgisinə baxış keçiriblər.

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş Mərkəzin muzey ekspozisiyasında yerləşən fotoşəkillərlə tanış olublar.

Keçidlər