Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlif bilik, idman yarışlarının və müsabiqələrin qalibləri mükafatlandırılıblar

22 dekabr 2023 | 17:46

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı keçirilən müxtəlif növ idman və intellektual bilik yarışlarının, müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar Tovuzda  tədbir keçirilib.

Tovuz  rayon İcra Hakimiyyətinin Məmməd Məmmədov  tədbirdə iştirak  edən  müsabiqə qaliblərini təbrik etmiş, gələcək fəaliyyətlərində onlara uğurlar arzu etmişdir. Qeyd etmişdir ki, Ulu Öndər tərəfindən əsası qoyulan uğurlu siyasətin nəticəsidir ki, bizim  gənclər beynəlxalq  yarışlarda öz güclərini dünyaya nümayiş etdirirlər. Bu gün həmin siyasət Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.

Sonra müxtəlif tədbirlərin qalibləri, A.Hüseynov adına  Aşağı Öysüzlü kənd tam orta məktəbin  “Ağdam” komandasının kapitanı şagird Ağayev Nicat Əsgər oğlu I yerə ,  Şagirdlər arasında intelektual yarışda I yer tutan A.Qasımov adına tam orta məktəbin şagirdi XI sinif şagirdi Yusifova Nərgiz Tahir qızı, İnşa müsabiqəsində I yer tutan A.Puşkin adına məktəbin X sinif  şagirdi, şəhid övladı Hüseynov Nurlan Anar oğlu, “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yarışmasında  I yer Düz Qırıqlı kənd 1 nömrəli məktəbin şagirdi Məhərrəmova Nigar Mübariz qızı, Şahmat turnirlərində oğlanlar üzrə I yer tutan Qasımov Namiq Səbuhi oğlu, Şahmat turnirlərində qızlar  üzrə I yer tutan Əsgərova Nuray İlqar qızı, Uşaq İncəsənət Festivalının qalibi saz ixtisası üzrə I yer  tutan Sadıqov Vüqar Kamandar oğlu, Uşaq İncəsənət Festivalının qalibi saz ixtisası üzrə II yer  tutan Uşaq İncəsənət Festivalının qalibi saz ixtisası üzrə I yer  tutan, Karate-Do üzrə turnirdə 20 kq çəki ilə I yer tutan Fərzalızadə Hüseyn Elməddin oğlu, Pencak Silat” döyüş növü üzrə açıq Respublika turnirində 73 kq çəki ilə  I yer tutan İbrahimov Anar Elxan oğlu, sərbəst güləş üzrə Respublika turnirində 55 kq çəki ilə I yer tutan Hüseynov Fərhad Fəqan oğlu, Alpaqut döyüş növü üzrə turnirdə 30 kq çəki ilə I yer tutan Mirzəyev Tunar Xaliq oğlu, Güc idman növləri üzrə Respublika turnirində 86 kq çəki ilə II yer tutan Hüseynov Elton Yunis oğlu rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmiş və qiymətli hədiyyələr təqdim edilmişdir.

Tədbirin sonunda qaliblərlə xatirə şəkli çəkilmişdir.

 

Keçidlər