Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

10 may 2022 | 11:11

Tovuz rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ümummilli Liderimizin möhtəşəm abidəsi önündə gülqoyma mərasimi keçirilib.

Mərasimdə Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanları, şəhid ailələri və qazilər, idarə və müəssisə kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə xalq sevgisinin nəticəsi kimi qədirbilən tovuzlular Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət edərək, önünə gül dəstələri qoyub, Azərbaycanın dahi şəxsiyyətinin əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Xalqın böyük oğlunun doğum gününü qeyd etməyə gələnlərin ziyarətini Ulu Öndərimizin tovuzlular üçün daim yaşayacağının, heç vaxt yaddaşlardan silinməyəcəyinin sübutu hesab etmək olar.

Gülqoyma mərasimi gün ərzində, aramsız axınla davam etmişdir.

Keçidlər