Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

10 may 2025 | 13:31

Tovuz rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri, RİH başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanları, şəhid ailələri və qazilər, idarə və müəssisə kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevə xalq sevgisinin nəticəsi kimi qədirbilən tovuzlular Ulu Öndərin əziz xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət edərək, önünə gül dəstələri qoyub, hörmət və ehtiramlarını bir daha bildirmişlər.  Azərbaycan xalqının xoşbəxt gələcəyi, dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Gülqoyma gün ərzində, aramsız axınla davam etmişdir.

 

Keçidlər