Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günü qeyd olunub

10 may 2024 | 21:01

Tovuz rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanları, şəhid ailələri və qazilər, idarə və müəssisə kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə xalq sevgisinin nəticəsi kimi qədirbilən tovuzlular Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün gün ərzində abidəni ziyarət edərək, önünə gül dəstələri qoyub, Azərbaycanın dahi şəxsiyyətinin əziz xatirəsinə hörmət və ehtiramlarını bir daha bildirmişlər. Xalqın böyük oğlunun doğum gününü qeyd etməyə gələnlərin ziyarətini Ulu Öndərimizin tovuzlular üçün daim yaşayacağının, heç vaxt yaddaşlardan silinməyəcəyinin sübutu hesab etmək olar.

Gülqoyma gün ərzində, aramsız axınla davam etmişdir.

Keçidlər