Tovuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş konfrans keçirilib
Konfransdan əvvəl müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra Tovuz Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb.
Nizami adına Mədəniyyət evində təşkil olunan tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək partiya üzvlərini salamlayıb, 100 illik yubiley münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O çıxışında bildirmişdir ki, Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Azərbaycanı parçalamaq, forposta çevirmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər də Azərbaycanda Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular. Bu gün xalqımız əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurları hiss edir, onunla yaşayır və faydalanır.
Daha sonra YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov , partiya veteranı Arif Əsgərov və Fikrət Tağıyev çıxışında Azərbaycan 1990-1993 cü illərdə Azərbaycan parçalanmaq , xəritədən silinmək təhlühkəsizilə üzləşdiyi bir dövrdə Heydər Əliyev xalqın tələbi, təkidi ilə hakimiyətə gələrək dövlətimizi, xalqı bu bəladan xilas etdi, bu gün də Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində tarixi ədalətimizin bərpa edildiyini bildirmişlər.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yekun söz ilə çıxış edərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezident, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bu günki sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Ulu Öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan tovuzlular bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər.
Sonda tədbirdə bir qrup partiya veteranlarına və fəallarına fəxri fərmanlar verilmiş, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.