Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 100-cü ildönümünə həsr olunmuş  intelektual yarış keçirilib.  

29 noyabr 2023 | 12:49

Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil Sektorunun birgə təşkilatçılığı ilə  Nizami adına mədəniyyət evində Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş  “Tarix yazan şəxsiyyət”  adlı intelektual yarış keçirilib.

Əvvəlcə  dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz  xatirəsi ehtiramla yad edilmişdir.

Yarışda rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ibarət 19 komanda iştirak edib.

Yarışda I-ci yeri M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbi, II-ci yeri A.Qasımov adına Tovuz şəhər tam orta məktəbi, III-cü yeri M.Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbinin komandaları tutmuşlar.

Yarış böyük coşqu və maraqla izlənilib.

Keçidlər