Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual turnir keçirilib

07 aprel 2023 | 18:20

Tovuz rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev – müasir Azərbaycan dövlətinin banisidir”  mövzusunda intellektual turnir keçirilib.

Əsasən Azərbaycanın tarixi, mədəniyyəti, ümumi dünyagörüşü və Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı suallara cavab axtarılan intellektual turnirdə 20-ə yaxın idarə, müəssisə və təşkilatların komandaları iştirak edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğurunda canını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin komandası birinci, Tovuz Peşə Liseyinin komandası ikinci, Qida Təhlükəsizlik Agentliyinin Tovuz Regional bölməsinin komandası isə üçüncü yeri tutub.

Turnirin qaliblərinə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova tərəfindən kubok və medallar təqdim olunub.

 

 

Keçidlər