Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

04 may 2023 | 12:36

Tovuz Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil sektorunun və rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş uşaqlar və gənclər arasında şahmat turniri keçirilib.

Tovuz rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin həyətində keçirilən turnir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunub.

Turnirin açılışında iştirak edən Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil sektorunun müdiri Elmira Mürşüdlü və rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin uşaqların təhsilinə, sağlamlığına və idman sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər və turnir iştirakçılarına uğurlar arzulayıblar.

Keçidlər