Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib

04 aprel 2023 | 15:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tovuz rayonunda silsilə tədbirlər, konfranslar, ağacəkmə aksiyaları təşkil olunur.

Həmin tədbirlərin davamı olaraq Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada Tovuz RİH başçısı Məmməd Məmmədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və könüllülər iştirak ediblər.

Keçirilən aksiya zamanı 500 ədəd şərq çinarı ağacları əkilib, suvarılıb və ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mühitinin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.

Keçidlər