Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

10 may 2023 | 18:35

Bu gün Tovuzda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon ağsaqqalları, ziyalılar, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Sonra tədbir iştirakçıları Nizami adına mədəniyyət evində Ulu Öndər Heydər Əliyevin Tovuz rayonuna səfərlərini əks etdirən foto-sərgiyə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  tədbir açıq elan olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar geniş məruzə ilə çıxış edib.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı” filmi tədbir iştirakçılarına nümayiş etdirilib.

        

Keçidlər