Tovuzda “Ulu Öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi” mövzusunda tədbir keçirilib
Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbdə Tovuz rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin və Qazax-Tovuz Regional Təhsil idarəsinin Tovuz Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Ulu Öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi” mövzusunda toplantı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edildikdən sonra toplantı açıq elan edilib.
Tovuz RİH başçısı aparatının baş məsləhətçisi Akif Ələkbərov, rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Yaşar Orucov, A.Qasımov adına Tovuz şəhər tam orta məktəbin direktoru İlhamə Zeynalova çıxış edərək Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən Dövlət siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün həmin siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildiriblər.