Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Uğur” ağır atletika klubu yaradılıb

12 avqust 2022 | 14:12

Ağır atletika idman növünün inkişafına təkan vermək məqsədilə cari ildən etibarən bu idman növündə klub sisteminə keçilmişdir. Bu məqsədlə Tovuz Olimpiya İdman Kompleksində “Uğur” ağır atletika klubu yaradılmışdır.

Klubun açılışını Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov etmişdir. İcra başçısı klubda yaradılan şəraitlə tanış olmuş, bu idman növü ilə məşğul olan idmançılarla görüşmüş, mövcud problemlərin aradan qaldırılması və rayonda bu idman növünün inkişaf etdirilməsi üçün müvafiq göstərişlər vermişdir.

 

Keçidlər