Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Türk dünyasında erməni vəhşiliyi - Xocalı soyqırımı” mövzusunda regional elmi-praktik konfrans keçirilib

26 fevral 2024 | 08:01

Tovuz Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Tovuz rayon Nizami adına Mədəniyyət Evində “Türk dünyasında erməni vəhşiliyi - Xocalı soyqırımı” mövzusunda regional elmi-praktik konfrans keçirilib.

Tədbirdən əvvəl Şəhidlər xiyabanı ziyarət olunub, Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımını əks etdirən video çarx nümayiş etdirilib.

Elmi-praktik konfransda RİH Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova “Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu”, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların tarixi kökləri”, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Gənclərlə iş sektorunun müdiri, İstanbul Universitetinin doktorantı Aliq Bağırov “Türk dünyasında erməni vəhşiliyi”, Bakı Dövlət Universiteti Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova “Xocalı faciəsi tarixi faktlarda”, Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşov “Xocalı soyqırımı - əsrin ən qanlı cinayəti” mövzularında geniş çıxış ediblər.

Keçidlər