Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Tovuz döyüşləri – Zəfərə aparan yolun başlanğıcı” mövzusunda toplantı keçirilib

08 iyul 2022 | 16:09

Heydər Əliyev Mərkəzində YAP Tovuz rayon təşkilatının, Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Tovuz döyüşləri – Zəfərə aparan yolun başlanğıcı” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Toplantıda çıxış edənlər –  YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Yaşar Orucov, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Əli Əliyev, Tovuz Peşə Liseyinin direktor əvəzi Nicat Göyüşov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüsü Nemət Mahmudzadə çıxış edərək Tovuz döyüşlərinin Azərbaycanın hərb tarixinə “Zəfər döyüşü” kimi daxil olmasından, döyüşlər zamanı Silahlı Qüvvələrimizin göstərdiyi  qəhrəmanlıq və igidliklərdən bəhs etmişlər. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbəyə gedən yolun məhz Tovuz döyüşlərindən başlandığı qeyd olunmuş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Şanlı Ordumuzun qazandığı Böyük Zəfərin tarixi əhəmiyyəti vurğulanmışdır.

Keçidlər