Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda tibb işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2024 | 14:18

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-də tibb işçilərinin peşə bayramı qeyd olunur.

Peşə bayramları münasibətilə Tovuz rayonunda çalışan tibb işçiləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və xatirəsini ehtiramla yad ediblər.

Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov tibb işçiləri ilə görüşərək onları peşə bayramları münasibətilə təbrik edib.

Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər