Tovuzda tibb işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-də tibb işçilərinin peşə bayramı qeyd olunur.
Peşə bayramları münasibətilə Tovuz rayonunda çalışan tibb işçiləri şəhər mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və xatirəsini ehtiramla yad etmişlər.
Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov tibb işçiləri ilə görüşərək onları peşə bayramları münasibətilə təbrik edib, insanların sağlamlığı uğrunda həyata keçirdikləri fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Həmin diqqət və qayğının məntiqi nəticəsi olaraq, tibb işçilərinin gərgin əməyi və fədakarcasına çalışmağı sayəsində son iki ildə ölkəmiz Koronavirus pandemiyası ilə uğurla mübarizə aparan dövlətlərdən biri olmuşdur.
Tibb işçiləri ölkəmizin və rayonumuzun səhiyyəsinə göstərilən xüsusi diqqət və qayğıya, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması və rifah halının yüksəldilməsi ilə bağlı görülən tədbirlərə görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Tovuz rayonunda COVİD-19 (Koronavirus) virusu ilə mübarizədə fəal iştiraklarına görə bir qrup tibb işçilərinə Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirmişlər.