Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda tibb işçilərinin peşə bayramı günü qeyd olunub

17 iyun 2023 | 12:05

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə ölkəmizin sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri nəzərə alınaraq 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi təsis olunmuşdur.

Peşə bayramları münasibətilə Tovuz rayonunda çalışan tibb işçiləri şəhər mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və xatirəsini ehtiramla yad etmişlər.

Rayonun tibb işçiləri “Heydər Əliyev ili” çərçivəsində Tovuz rayonu Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcıllığı ilə bağlı Mərkəzdə sərgilənən kitab, fotoşəkil və digər eksponantlarla tanış olmuşlar.

Daha sonra Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz RİH-in inzibati binasının akt zalında tibb işçiləri ilə görüşmüş və onları bu gün münasibətilə təbrik etmişdir.

Sonda bir qrup tibb işçisinə Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər