Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda təhsildə tələbə krediti ilə bağlı maarifləndirici tədbir keçirilib

26 oktyabr 2022 | 18:25

Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində Tovuz rayon İcra Hakimiyyəti, Təhsil Tələbə Krediti Fondu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil sektorunun birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tovuz RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Təhsil sektorunun müdiri Elmira Mürşüdlü, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov, orta ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, müəllimlər və buraxılış sinif şagirdlərinin valideynləri iştirak ediblər.

Fondun sədr müavini Bəhruz Əzimov tədbir iştirakçılarına Fondun tələbələr və tələbə olmaq arzusunda olan vətəndaşlarımız üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları barədə ətraflı məlumat verib, iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Keçidlər