Tovuzda "Tariximizi muzeylərdə yaşadırıq" mövzusunda tədbir keçirilib
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Tariximizi muzeylərdə yaşadırıq" adlı tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış edərək bildirib ki, bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda geniş miqyasda qeyd edilir. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin direktoru Aytəkin Qurbanova çıxış edərək, xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxladığını qeyd edib. A.Qurbanova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev Mərkəzlərinin respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
Sonra tədbir iştirakçısı gənclər üçün Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq və Dövlət Rəmzləri muzeylərində ekskursiya təşkil edilmişdir.