Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Tarix yazan əbədiyaşar lider” mövzusunda  dəyirmi masa keçirilib  

17 oktyabr 2023 | 18:50

Tovuzda “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov dəyirmi masanı giriş sözü ilə açaraq bildirmişdir ki, XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükdə  cəmiyyətimiz Heydər Əliyevin fədakarlığı sayəsində  özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ümummilli lider Heydər Əliyev Azərbaycanın çoxəsirlik dövlətçilik tarixinin nadir simasıdır. Heydər Əliyev ölkəmizin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli tarixi şəxsiyyətdir. Bütün böyük və müdirik dühalar kimi Heydər Əliyev də yaşadığı dövrün real mahiyətini dərindən görüb, özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olub. Bu görkəmli dövlət xadimi heç vaxt zamanın arxası ilə  getməyib, əksinə zamanı öz arxasınca aparmağı bacarıb. Heydər Əliyevin fəth etdiyi zaman tarixə çevrilib və həm də növbəti sabahlara yol açıb. Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan xalqının və dövlətinin yalnız fərqli tarixi deyil, həm də daha işıqlı sabahı deməkdir. Heydər Əliyev tarixin ən çətin və  məsuliyyətli zamanlarında da tarix yaratmağın əsl nümunəsini göstərib. Görkəmli dövlət xadimi kimi Heydər Əliyev qüdrəti onun aydın siyasətində, qətiyyətli dövlətçilik mövqeyində, ümummilli maraqlara və bəşəri dəyərlərə əsaslanan dönməz iradəsində idi.

Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə sektorun müdir əvəzi Məhəbbət Hüseynova “Heydər Əliyev və Azərbaycan təhsili”, YAP-nın Tovuz Rayon Təşkilatının sədr müavini İlqar Kərimov “Dahi şəxsiyyət ,uzaqgörən lider” , Tovuz Rayon İcra Hakimiyyəti  başçısının Bozalqanlı kənd İƏD üzrə nümayəndəsi Azər Hacıyev “Heydər Əliyev  Azərbaycanda müasir dövlət idarəçiliyinin banisidir” , Tovuz Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Günel Qasımova “Heydər Əliyevin  muzey işinin inkişafında rolu” mövzularında çıxışlar edilmişdir.

 

Keçidlər